Geri

13 sentyabr 2014 cü il saat 22:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:34-də başa çatmışdır.

Geri

13 sentyabr 2014 cü il saat 19:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1972-ci il təvəllüdlü bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilmişdir. Əməliyyat saat 18:11-də başa çatmışdır.

Geri

13 sentyabr 2014 cü il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:45-də başa çatmışdır;

Tərtər rayonu, Qapanlı kəndində (rayon mərkəaindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 24 ton ot bağlamasının 14 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:16-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2014 cü il saat 17:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 51 kv.m olan 3 otaqlı mənzilin 1 otağında yataq dəsti 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi Yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyü 8 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 500 kq yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Kosalar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 22 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

13 sentyabr 2014 cü il saat 13:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanmış, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri ərimişdir. Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyyə olunmuşdur. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər hadisə yerində əməliyyat şəraitinin qiymətləndirərkən məlum olmuşdur ki, doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı evdə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalrına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi qonşu mənzilin eyvanından keçərək mənzilə daxil olmuşlar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:22-də başa çatmışdır.

Geri

13 sentyabr 2014 cü il saat 08:15-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Günəşli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Binə Xocavar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:24-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2014 cü il saat 04:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:19-da  başa çatmışdır.