Geri

13 sentyabr 2014 cü il saat 17:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 51 kv.m olan 3 otaqlı mənzilin 1 otağında yataq dəsti 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi Yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyü 8 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 500 kq yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Kosalar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 22 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

13 sentyabr 2014 cü il saat 13:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanmış, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri ərimişdir. Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyyə olunmuşdur. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər hadisə yerində əməliyyat şəraitinin qiymətləndirərkən məlum olmuşdur ki, doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı evdə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalrına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi qonşu mənzilin eyvanından keçərək mənzilə daxil olmuşlar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:22-də başa çatmışdır.

Geri

13 sentyabr 2014 cü il saat 08:15-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Günəşli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Binə Xocavar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:24-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2014 cü il saat 04:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:19-da  başa çatmışdır.