Cəlilabad rayonu, Günəşli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Binə Xocavar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:24-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.