Geri

12 sentyabr 2014-cü il saat 22:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Yaşma kəndi ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 55 km aralıda) 1951-ci il təvəllüdlü Şeyxi Arif Rəhim oğlu batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. A.Şeyxinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 4-cü mərtəbədə yerləşən mənzilə eyvandan enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:59-da başa çatmışdır.

Geri

12 sentyabr 2014-cü il saat 18:30-dək:

Astara rayonu, Maşxan kəndində (rayon mərkəzdən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1540 kv.m olan cücə sexinin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və sexin ərafında 100 kv.m sahədə kol-kos yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın döşəməsi 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Qarabağlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Düz Rəsullu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Şağlaser kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 98 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konustruksiyaları 48 kv.m sahədə və tikilinin içərisinə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2014-cü il saat 16:15-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

12 sentyabr 2014-cü il saat 15:45-dək:

Samux şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 25 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmısdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

12 sentyabr 2014-cü il saat 07:45-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin zirzəmisinin tavanı və ev əşyaları 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2014-cü il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə giriş qapısının kilidini xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanmışdır və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:15-də başa çatmışdır.