Geri

11 sentyabr 2014-cü il saat 21:30-dək:

Cəlilabad rayonu, Astanlı kəndində (rayon mərkəzindən 7 km.aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 24 kv.m olan talvar 6 kv.m sahədə və talvarın altına yığılmış ümumi çəkisi 3 ton ot tayasının 300 kq-ı yanmışdır. Ot tayasının qalan hissəsi və ona bitişik tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 sentyabr 2014-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri 17-ci mikrarayonnda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:02-də başa çatmışdır.
Geri

11 sentyabr 2014-cü il saat 18:30-dək:

Şəki rayonu, Kosalı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi olan 70 kv.m olan tövlənin yanar konstruksiyaları, içərisnə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvar və altına yığılmış 11 ton ot bağlaması yanmışdır. Yaxınlıqda  yığılmış 30 ton ot və ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Avşar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 sentyabr 2014-cü il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda, Hürüuşağı kəndində “Vaz” minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, “Vaz” markalı minik avtomobilin sahibi  avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. “Vaz” markalı minik avtomobilin sahibi 1991-ci il təvəllüdlü Abışov Mövsüm Valeh oğlu xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Avtomobildə olan 1 nəfər sərnişin vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:07-də başa çatmışdır;

Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan dəmir qapı sexinin dam örtüyünün yanar kanstruksiyaları 5 kv.m, taxta konstruksiyalrdan ibarət arakəsmə 5 kv.m sahədə və sexin içərisində olan kompressor aparatı yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 sentyabr 2014-cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış və həmin şəxs binanın damından enmişdir. Əməliyyat saat 14:25-də başa çatmışdır.
Geri

11 sentyabr 2014-cü il saat 15:45-dək:

Xızı rayonunda (rayon mərkəzindən 30 km aralı) bələdiyyəyə məxsus ərazidə 8 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 sentyabr 2014-cü il saat 08:45-dək:

Ağdam rayonu, Əhmədağalı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 338 kv.m olan ikimərtəbəli 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 121 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi, evə bitişik ümumi sahəsi 96 kv.m olan tövlə və köməkçi tikili y\aanğından mühafizə olunmuşdur. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 sentyabr 2014-cü il saat 04:40-dək:

Sabirabad rayonu, Yastıqobu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus 70 ton ot bağlamasının 20 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.