Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda, Hürüuşağı kəndində “Vaz” minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, “Vaz” markalı minik avtomobilin sahibi avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. “Vaz” markalı minik avtomobilin sahibi 1991-ci il təvəllüdlü Abışov Mövsüm Valeh oğlu xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Avtomobildə olan 1 nəfər sərnişin vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:07-də başa çatmışdır;
Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan dəmir qapı sexinin dam örtüyünün yanar kanstruksiyaları 5 kv.m, taxta konstruksiyalrdan ibarət arakəsmə 5 kv.m sahədə və sexin içərisində olan kompressor aparatı yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Xızı rayonunda (rayon mərkəzindən 30 km aralı) bələdiyyəyə məxsus ərazidə 8 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Ağdam rayonu, Əhmədağalı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 338 kv.m olan ikimərtəbəli 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 121 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi, evə bitişik ümumi sahəsi 96 kv.m olan tövlə və köməkçi tikili y\aanğından mühafizə olunmuşdur. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sabirabad rayonu, Yastıqobu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus 70 ton ot bağlamasının 20 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.