Geri

11 sentyabr 2014-cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış və həmin şəxs binanın damından enmişdir. Əməliyyat saat 14:25-də başa çatmışdır.
Geri

11 sentyabr 2014-cü il saat 15:45-dək:

Xızı rayonunda (rayon mərkəzindən 30 km aralı) bələdiyyəyə məxsus ərazidə 8 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 sentyabr 2014-cü il saat 08:45-dək:

Ağdam rayonu, Əhmədağalı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 338 kv.m olan ikimərtəbəli 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 121 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi, evə bitişik ümumi sahəsi 96 kv.m olan tövlə və köməkçi tikili y\aanğından mühafizə olunmuşdur. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 sentyabr 2014-cü il saat 04:40-dək:

Sabirabad rayonu, Yastıqobu kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus 70 ton ot bağlamasının 20 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.