Geri

01 sentyabr 2014-cü il saat 20:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ilə enərək doqquzuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:54-də başa çatmışdır.

Geri

01 sentyabr 2014-cü il saat 19:30-dək:

Xaçmaz rayonu, Sibiroba kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 85 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 sentyabr 2014-cü il saat 18:00-dək:

Ağdam rayonu, Xındırıstan kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 6 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 sentyabr 2014-cü il saat 17:15-dək:

Tərtər rayonu, Seydimli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 sentyabr 2014-cü il saat 13:30-dək:

Tovuz şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,6 ton ot bağlamasının 1,2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 sentyabr 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.