Geri

31 avqust 2014-cü il saat 22:00-dək:

Beyləqan rayonu, Bolsulu kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Oxud kəndində (rayon mərkəzindən 10 km aralı) dağlıq ərazisində 13 ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxınlıqdakı meşə zolaqları yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Aşağı Qiyaməddinli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən kəndi 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2.5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2014-cü il saat 19:00-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus səhmdar cəmiyyətin ərazisində , birmərtəbəli ümumi sahəsi 830 kv.m  13 otaqdan ibarət olan tikilinin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 200 kv.m (otaqların içərisinə yığılmış müxtəlif növ mühərrik və havatəmizləyici qurğular) sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2014-cü il saat 18:15-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Buzovna” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:20-də başa çatmışdır.
Geri

31 avqust 2014-cü il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı Şamaxı Yevlax yolunun 256-cı kilometrliyində, Ağdaş rayonu ərazisində vətəndaşlara məxsus "VAZ" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və sərnişini aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. "Mercedes" markalı minik avtomobilin yanar hissələri yanmış, sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi TTYX tərəfindən aidiyyatı üzrə aparılmışdır. Yanğınsöndürənlər minik avtomobilini söndürmüş, yanğınsöndürən-xilasedicilər meyitləri avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 14:39-da başa çatmışdır.
Geri

31 avqust 2014-cü il saat 15:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

31 avqust 2014-cü il saat 10:45-dək:

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstuksiyaları 90 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2014-cü il saat 08:15-dək:

Lerik rayonu, Mastail kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tovlənin çardağının yanar konstruksiyaları 75 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə, çardağa və talvarın hər iki tikilinin altına yığılmış ümumi çəkisi 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxılıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından  mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.