Geri
31 avqust 2014-cü il saat 18:15-dək:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Buzovna” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:20-də başa çatmışdır.
Geri
31 avqust 2014-cü il saat 17:30-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı Şamaxı Yevlax yolunun 256-cı kilometrliyində, Ağdaş rayonu ərazisində vətəndaşlara məxsus "VAZ" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və sərnişini aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. "Mercedes" markalı minik avtomobilin yanar hissələri yanmış, sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi TTYX tərəfindən aidiyyatı üzrə aparılmışdır. Yanğınsöndürənlər minik avtomobilini söndürmüş, yanğınsöndürən-xilasedicilər meyitləri avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 14:39-da başa çatmışdır.
Geri
31 avqust 2014-cü il saat 15:00-dək:
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri
31 avqust 2014-cü il saat 10:45-dək:
Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstuksiyaları 90 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri
31 avqust 2014-cü il saat 08:15-dək:
Lerik rayonu, Mastail kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tovlənin çardağının yanar konstruksiyaları 75 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə, çardağa və talvarın hər iki tikilinin altına yığılmış ümumi çəkisi 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxılıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.