Geri
30 iyul 2014-cü il saat 20:30-dək:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:45-də başa çatmışdır.
Geri
30 iyul 2014-cü il saat 19:30-dək:
Ağsu rayonu, Hacıuşağı kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton olan ot tayasının 7,5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri
30 iyul 2014-cü il saat 19:00-dək:
Xızı rayonu, Altıağac ərazisində (rayon mərkəzindən 34 km aralı) rayon bələdiyyəsinə məxsus ərazidə 250 ha sahədə qamışlıq və quru ot yanmışdır. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m.olan talvarın yanar konstruksiyaları 4 kv.m.sahədə və talvarın altına yığılmış 500 kq ot bağlamasının 200 kq-ı yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri
30 iyul 2014-cü il saat 18:40-dək:
Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci klometrliyində ümumi sahəsi 100 kv.m şüşə istehsalat sexində həcmi 100 tonluq şüşəəritmə sobasında texniki işlər aparılan zaman əraziyə dağılmış ərimiş şüşə 30 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Müşgür kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot tayasının 2 tonu və digər vətəndaşa məxsus 3 ton ot tayasının 2 tonu yanmışdır. Ot tayalarının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Nizami rayonunda "Qaz-31" markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:20-də başa çatmışdır.
Geri
30 iyul 2014-cü il saat 18:00-dək:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Buzovna” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:25-də başa çatmışdır.
Geri
30 iyul 2014-cü il saat 17:30-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı olan 1 ədəd RPQ-17 tank əleyhinə qumbaraatan minasıdı. Aşkar edilmiş hərbi sursatı müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 15:35-də başa çatmışdır.
Geri
30 iyul 2014-cü il saat 16:50-dək:
Qobustan rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin dam örtüyü və içərisinə yığılmış 2 ton bağlaması yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax rayonu, Qaxbaş kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin yanar konstruksiyaları və tövlənin içərisində olan 20 kq. ot bağlaması yanmışdır. Bitişik tikilmiş tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Zərdab rayonu, Məmmədqasımlı kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus fermanın ərazisinə yığılmış ümumi çəkisi 140 ton olan ot tayasının 80 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri
30 iyul 2014-cü il saat 15:00-dək:
Beyləqan şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri
30 iyul 2014-cü il saat 13:30-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1976-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən insan faktoru aşkar edilməmişdir. Əməliyyat saat 12:23-də başa çatmışdır.
Geri
30 iyul 2014-cü il saat 02:30-dək:
Lənkəran rayonunda gücu 10 kVt olan transformatorun sarğıları və ətrafinda kol-kos 2 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xacmaz rayonu, Şixhaput kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri
30 iyul 2014-cü il saat 02:30-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaşlar yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:26-da başa çatmışdır.
Geri
30 iyul 2014-cü il saat 01:30-dək:
Qax rayonu, Alatəmir kəndində (rayon mərkəzindən 25 km aralı) kənd bələdiyyəsinə məxsus ərazədə 1 ha sahədə biçilmiş taxıl sahəsi, meşə ərazisində 0.5 ha sahədə kol-kos və ağaclar yanmışdır. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.