Xızı rayonu, Altıağac ərazisində (rayon mərkəzindən 34 km aralı) rayon bələdiyyəsinə məxsus ərazidə 250 ha sahədə qamışlıq və quru ot yanmışdır. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m.olan talvarın yanar konstruksiyaları 4 kv.m.sahədə və talvarın altına yığılmış 500 kq ot bağlamasının 200 kq-ı yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci klometrliyində ümumi sahəsi 100 kv.m şüşə istehsalat sexində həcmi 100 tonluq şüşəəritmə sobasında texniki işlər aparılan zaman əraziyə dağılmış ərimiş şüşə 30 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Müşgür kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot tayasının 2 tonu və digər vətəndaşa məxsus 3 ton ot tayasının 2 tonu yanmışdır. Ot tayalarının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Nizami rayonunda "Qaz-31" markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:20-də başa çatmışdır.
Qobustan rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin dam örtüyü və içərisinə yığılmış 2 ton bağlaması yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax rayonu, Qaxbaş kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin yanar konstruksiyaları və tövlənin içərisində olan 20 kq. ot bağlaması yanmışdır. Bitişik tikilmiş tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Zərdab rayonu, Məmmədqasımlı kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus fermanın ərazisinə yığılmış ümumi çəkisi 140 ton olan ot tayasının 80 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Lənkəran rayonunda gücu 10 kVt olan transformatorun sarğıları və ətrafinda kol-kos 2 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xacmaz rayonu, Şixhaput kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qax rayonu, Alatəmir kəndində (rayon mərkəzindən 25 km aralı) kənd bələdiyyəsinə məxsus ərazədə 1 ha sahədə biçilmiş taxıl sahəsi, meşə ərazisində 0.5 ha sahədə kol-kos və ağaclar yanmışdır. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.