Geri

05 iyun 2014-cü il saat 20:45-dək:

05 iyun 2014-cü il tarixində Kür çayının Salyan rayonu, Pambıqkənd kəndi ərazisindən keçən hissəsində batmış 1997-ci il təvəllüdlü Amil Baxış oğlu Baxışovun axtarışları başa çatmışdır. A.Baxışovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 50 metr aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:15-də başa çatmışdır.

Geri

05 iyun 2014-cü il saat 17:30-dək:

Salyan rayonu, Kür çayının Pambıqkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər  batmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar.

Geri

05 iyun 2014-cü il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:47-də başa çatmışdır.

Geri

05 iyun 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinin məxsus qarajda "Super Maz" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış digər "Super Maz" markalı yük avtomobilinin 4 ədəd təkəri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 iyun 2014-cü il saat 01:00-dək:

Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 288 kv.m olan (hər mərtəbəsi 144 kv.m) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m (hər mərtəbəsi 180 kv.m) olan ikimərtəbəli 4 otaqlı evin ikinci mərətəbəsinin 1 otağında bir ədəd yataq dəsti yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.