Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:47-də başa çatmışdır.
Bakı şəhəri, Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinin məxsus qarajda "Super Maz" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış digər "Super Maz" markalı yük avtomobilinin 4 ədəd təkəri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 288 kv.m olan (hər mərtəbəsi 144 kv.m) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m (hər mərtəbəsi 180 kv.m) olan ikimərtəbəli 4 otaqlı evin ikinci mərətəbəsinin 1 otağında bir ədəd yataq dəsti yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.