Geri

04 iyun 2014-cü il saat 09:00-dək:

Hacıqabul rayonu, Meyniman kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı tövlədə olan 4 baş iribuynuzlu heyvan tələf olmuşdur. Tövlənin içərisinə yığılmış 2 ton ot bağlaması və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Tüntül kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 iyun 2014-cü il saat 05:45-dək:

Xaçmaz rayonunda vətəndaşa məxsus  ümumi sahəsi 20 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin taxta konstruksiyadan ibarət tavanı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

04 iyun 2014-cü il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Suraxanı rayonunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşmuşdur. Ağır yol-nəqliyyat qəzası nəticəsində avtomobillər deformasiyaya uğramışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə  xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan sərnişini çıxarıb, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil vermişdir. Əməliyyat saat 23:13-də başa çatmışdır.

 

Geri

04 iyun 2014-cü il saat 00:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Yevlax rayonu, Gülövşə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan 1 mərtəbəli 3 otaq və aynabənddən ibarət evin çardağının yanar kostruksiysları 95 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 14:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu ərazisində dəmir yol xəttində 5 kv.m taxta atmalar (şpallar) yanmışdır.Yanğından vaqonlar və dəmir yol xətləri mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.