Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Suraxanı rayonunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşmuşdur. Ağır yol-nəqliyyat qəzası nəticəsində avtomobillər deformasiyaya uğramışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan sərnişini çıxarıb, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil vermişdir. Əməliyyat saat 23:13-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Yevlax rayonu, Gülövşə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan 1 mərtəbəli 3 otaq və aynabənddən ibarət evin çardağının yanar kostruksiysları 95 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 14:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu ərazisində dəmir yol xəttində 5 kv.m taxta atmalar (şpallar) yanmışdır.Yanğından vaqonlar və dəmir yol xətləri mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.