Geri

04 iyun 2014-cü il saat 00:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Yevlax rayonu, Gülövşə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan 1 mərtəbəli 3 otaq və aynabənddən ibarət evin çardağının yanar kostruksiysları 95 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 14:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu ərazisində dəmir yol xəttində 5 kv.m taxta atmalar (şpallar) yanmışdır.Yanğından vaqonlar və dəmir yol xətləri mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.