Geri

03 iyun 2014-cü il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayon mərkəzi xəstəxanasının ərazisində mazut çəninə azyaşlı uşaq düşməsi haqda məlumat daxıl olmuşdur. Yanğınsöndürənlər hadisə yerinə gələrək əvəllər qazanxana kimi istifadə olunmuş hazırda üstü torpaqla örtülmüş mazut çəninə düşən 2010-cu il təvəllüdlü Babayev Cəsarət Ədalət oğlunun meyitini müxtəlif avadanlıqlardan istifadə olunmaqla çıxararaq aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 11:11-də başa çatmışdır;

Ağdaş rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan dülgər sexinin içərisində 3 ədəd dəzgəhın elektrik naqilləri və 35 kv.m sahədə taxta yonqarları yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 iyun 2014-cü il saat 08:45-dək:

Bakı şəhəri, Suraxanı rayonunda neftyığma məntəqəsinə məxsus ümumi sahəsi 120 kv.m olan çirkab suların neftdən ayrılması kollektorunun taxtadan ibarət tikilisi yanmışdır. Yaxınlıqdakı neft yığma məntəqəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda hal-hazırda fəaliyyət göstərməyən üçmərtəbəli sanatoriyanın 3-cü mərtəbəsində 1 otağın tavanı 5 kv.m sahədə yanmışdır. Sanatoriyanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Quzanlı qəsəbəsində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılmış istifadəsiz ev əşyaları yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Kəndoba kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan birmərtəbəli 2 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları və dam örtüyü 49 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və döşəməsi 2 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Qızılhacılı qəsəbəsində İcra Hakimiyyətinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 400 kv.m olan birmərtəbəli uşaq bağçasının dəhlizinin tavanı 10 kv.m sahədə yanmışdır. Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 iyun 2014-cü il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir barmaqlıqları kəsərək fərdi yaşayış evinin pəncərəsindən içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 03:46-da başa çatmışdır.

Geri

03 iyun 2014-cü il saat 02:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:40-da başa çatmışdır.