Geri

29 iyun 2014-cü il saat 19:45-dək:

Ağcabədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus "Tofaş" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2014-cü il saat 18:00-dək:

Qəbələ rayonu, Kürd kəndində (rayon mərkəzindən 29 km aralı) transformatorun çıxış naqilləri 0,5 p.m və ətrafında 0,4 ha kol-kos yanmışdır. Transformator və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 700 kiloqramı yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Təklə kəndində 6 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2014-cü il saat 08:30-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan köməkçi tikilinin tavanı 2 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabuncu rayonunda vətəndaşa məxsus "Daf" markalı sərnişin avtobusunun 1 ədəd qabaq təkəri yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 iyun 2014-cü il saat 02:00-dək:

Hacıqabul rayonu, Muğan dəmir yol stansiyasında Dəmir Yol İdarəsinin təmir-tikinti briqadasına məxsus 8 vaqondan ibarət dayanmış qatarın 1 vaqonunun (fəhlələlərin istirahət vaqonu, sahəsi 36 kv.m) yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Qatarın qalan vaqonları yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 7-ci klometrliyində vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.