Xaçmaz rayonu, Qımıl kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan talvarın yanar konstruksiyaları 60 kv.m sahədə, talvarın altında "TQ-16" markalı traktorunun yanar hissələri, 1000 ədəd taxta taralar, 0,5 kub m. odun və talvara bitişik olan ümumi sahəsi 20 kv.m köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Talvarın qalan hissəsi və digər bitişik köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda (“Zuğulba-3” sularda xilasetmə məntəqəsindən, təxminən, 250 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:41-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır. Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:15-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə (“Seyidli” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Seyidli” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:23-də başa çatmışdır.
Şəki rayonu, Daşüz kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 84 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Hacıqabul rayonu, Navahı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Saatlı kəndi, Qaracalar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan talvarın yanar konstruksiyaları 1 kv.m sahədə və altına yığılmış 2,7 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonu, Hamara Qışlaq kəndində (rayon mərkəzindən 10 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri və meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın lambirdən və taxtadan ibarət dam örtüyü yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Abşeron rayonu, Binəqədi-Novxanı yolunda vətəndaşa məxsus yaşıl bitkilərin satış mərkəzində ümumi sahəsi 350 kv.m olan talvarın yanar konstruksiyaları 250 kv.m talvarın altına yığılmış həmişəyaşıl ağaclar (40 ədəd) və 1 ədəd generatorun sarğısı yanmışdır. Bitişik tikilmiş istixana, talvarın qalan hissəsi və ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda futbol meydançasında rezin yastıq örtüklər 10 kv.m və ətrafda 40 kv.m sahədə quru ot yanmışdır. Ərazidəki kommunikasiyalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkaran rayonu İstisu qəsəbəsi (rayon mərkəzindən 18 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi78 kv.m olan 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 38 kv.m və digər vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır.Yanğından evin qalan hissəsi və ev əşyaları mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu Həziabad kəndi (rayon mərkəzindən 15 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və tövlənin içərisinə yığılmış ümumi çəkisi 7 ton olan ot bağlamasının 4 tonu yanmışdır.Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.