Geri

28 iyun 2014-cü il saat 03:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə 6-cı mərtəbənin eyvanından daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:40-da başa çatmışdır.
Geri

28 iyun 2014-cü il saat 02:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:07-də başa çatmışdır.
Geri

28 iyun 2014-cü il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkaran rayonu İstisu qəsəbəsi (rayon mərkəzindən 18 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi78 kv.m olan 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 38 kv.m və digər vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır.Yanğından evin qalan hissəsi və ev əşyaları mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu Həziabad kəndi (rayon mərkəzindən 15 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və tövlənin içərisinə yığılmış ümumi çəkisi 7 ton olan ot bağlamasının 4 tonu yanmışdır.Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.