Geri

28 iyun 2014-cü il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkaran rayonu İstisu qəsəbəsi (rayon mərkəzindən 18 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi78 kv.m olan 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 38 kv.m və digər vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır.Yanğından evin qalan hissəsi və ev əşyaları mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu Həziabad kəndi (rayon mərkəzindən 15 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və tövlənin içərisinə yığılmış ümumi çəkisi 7 ton olan ot bağlamasının 4 tonu yanmışdır.Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.