Geri

27 iyun 2014-cü il saat 15:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1939 -cu il təvəllüdlü Qasımov Əlibala Şahbala oğlu Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını kilidini açaraq daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:02-da başa çatmışdır.

 

Geri

27 iyun 2014-cü il saat 14:30-dək:

Göyçay rayonu, Yeniarx kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4  otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

27 iyun 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda Hövsan qəsəbəsi ərazisində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 11:54-də başa çatmışdır.
Geri

27 iyun 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ" markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:30-da başa çatmışdır.

Geri

27 iyun 2014-cü il saat 08:30-dək:

Goranboy şəhərində İcra Hakimiyyətinə məxsus "QAZ" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 iyun 2014-cü il saat 08:00-dək:

Cəlilabad rayonu, Privolnoye kəndində bələdiyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlamasının 750 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.