Geri

27 iyun 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda Hövsan qəsəbəsi ərazisində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 11:54-də başa çatmışdır.
Geri

27 iyun 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ" markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:30-da başa çatmışdır.

Geri

27 iyun 2014-cü il saat 08:30-dək:

Goranboy şəhərində İcra Hakimiyyətinə məxsus "QAZ" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 iyun 2014-cü il saat 08:00-dək:

Cəlilabad rayonu, Privolnoye kəndində bələdiyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlamasının 750 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.