Geri

02 iyun 2014-cü il saat 23:30-dək:

Abşeron rayonunda 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 50 m məsafədə, nəzarət olunan ərazidə) batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:28-də başa çatmışdır. 

Geri

02 iyun 2014-cü il saat 23:15-dək:

Goranboy rayonu, Fəxralı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində (rayon mərkəzindən 13 km aralı) ASC-yə məxsus gücü 6 kVt olan tranformatorun 1 ədəd qoruyucu açar yanmışdır. Yanğından transformator mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Buynuz kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1,2 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəcevir şəhərində 1991-ci il təvəllüdlü Tural Vidadi oğlu Quliyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdurki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən ev sahibinin cəsədi aşkar olunmuşdur. Əməliyyat saat 20:23-də başa çatmışdır;

Siyəzən rayonu, Eynibulaq kəndində (rayon mərkəzindən 10 km aralı) dağlıq ərazidə 8 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 iyun 2014-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonu, Bakı-Salyan yolu üzərində  quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində “Mercedes” markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğramışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi deformasiyaya uğramış avtomobilin içərisindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:22-də başa çatmışdır.

Geri

02 iyun 2014-cü il saat 18:30-dək:

Ağdaş rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 iyun 2014-cü il saat 18:00-dək:

Lənkəran rayonu, Şiləvar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m və içərisinə yığılmış 1,6 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuş və mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaşları xilas etmişlər. Əməliyyat saat 16:23-də başa çatmışdır.

Geri

02 iyun 2014-cü il saat 16:10-dək:

Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşur. Yanğın saat 10:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə, mağazanın girişində 1 ədəd elektrik şiti və 10 p.m elektrik kabeli yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Padar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 172 kv.m olan birmərtəbəli 2 otaqdan ibarət evin dəhlizinin aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 136 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 iyun 2014-cü il saat 13:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından enərək içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:44-də başa çatmışdır.
Geri

02 iyun 2014-cü il saat 09:15-dək:

Şamaxı rayonu, Keçməddin kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Keçməddin kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 iyun 2014-cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Digah kəndində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 4 nəfər vətəndaş mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə birmərtəbəli fərdi yaşayış evinin giriş qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Əməliyyat saat 06:12-də başa çatmışdır.

Geri

02 iyun 2014-cü il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən insan faktoru aşkarlanmamışdır. Əməliyyat saat 00:37-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:26-da başa çatmışdır.

Geri

02 iyun 2014-cü il saat 02:15-dək:

Ağstafa rayonu, Saloğlu kəndində bələdiyyəyə məxsus ərazidə 8 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Bağırbəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində ümumi sahəsi 9 kv.m olan nəzarət köşkünün lambirdən ibarət tavanı yanmışdır. Dəmir yol xətti yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Xəlilli kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Yanğından talvarın və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.