Geri

18 iyun 2014-cü il saat 00:15-dək:

Masallı rayonu, Həsənli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin çardağı 30 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin mətbəxi 14 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi  yanğından mühafizə  olunmuşdur. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, vətəndaş mənzilinin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açaraq mənzilə daxil olmuşlar. Xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 23:05-də başa çatmışdır.