Geri

17 iyun 2014-cü il saat 14:45-dək:

Tərtər rayonu, Qapanlı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları və içərsinə yığılmış 700 kiloqram ot bağlamasının 300 kiloqramı yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyun 2014-cü il saat 11:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1982-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin pəncərəsindən keçərək pəncərədən daxil olmuşlar. Vətəndaşın tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 10:12-də başa çatmışdır.

Geri

17 iyun 2014-cü il saat 10:15-dək:

İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyü 4 kv.m. sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyun 2014-cü il saat 02:30-dək:

Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 8-ci klometirliyində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus umumi sahəsi 45 kv.m olan birmərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanmışdır. Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər çatana kimi Təcili Tibbi Yardım tərəfindən Yanıq Mərkəzinə aparılmışdır. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.