Geri

16 iyun 2014-cü il saat 21:30-dək:

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət kürsülü evin yanar konstruksiyaları və ev əşyaları 52 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:29-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Çərəkə kəndidə (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton olan ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Əliabad kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin banına yığılmış 14 ton ot bağlamasının (avtomobilin banına yığılmış ot bağlaması yüksək gərginlikli elektrik xəttinə toxunaraq alışmışdır) 500 kq-ı yerə dağılaraq yanmış, ərazidə digər vətəndaşa məxsus 2 ha biçilmiş və 4 kv.m sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Avtomobil isə sürücü tərəfindən tərk edilərək su kanalına aşmışdır. Ərazidə olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Közbulaq kəndində bələdiyyəyə məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 700 kq olan ot bağlamasının 200 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhəri, Çılğır kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli 7 otaqlı (1-ci mərtəbəsində 3 otaq və qaraj, 2-ci mərtəbəsində 4 otaq) evin yanar konstruksiyaları və ev əşyaları 180 kv.m sahədə yanmışdır. Qaraj yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:06-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2014-cü il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonuda “Sampo-Rosenlew” və “Qazel” markalı iki yük avtomobili toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Qazel" markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər deformasiya uğramış avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişdir. Əməliyyat saat 17:15-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr aralıda, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Mingəçevir”  sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:09-da başa çatmışdır.

Geri

16 iyun 2014-cü il saat 15:50-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Lökbatan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:10-da başa çatmışdır.

Geri

16 iyun 2014-cü il saat 15:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobus yol kənarında dayanan "Shevrolet" markalı minik avtomobilinə çırpılmışdır. Hadisə zamanı mikroavtobusda yanğın baş vermişdir. Nəticədə 1 sərnişin əl nahiyəsindən yüngül yanıq xəsarəti almış, mikroavtobusun sürücüsü və digər sərnişini isə müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidmətinə təhvil verilmişlər. Mikroavtobusun qalan hissəsi və minik avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Komanlı kəndində bələdiyyəyə məxsus ərazidə 18 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidə olan bicilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2014-cü il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1939-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin eyvanından qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:52-də başa çatmışdır.

Geri

16 iyun 2014-cü il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur.Yanğınsöndürən-Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin eyvanından qalxaraq daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:24-də başa çatmışdır.

Geri

16 iyun 2014-cü il saat 09:00-dək:

Xəzər rayonunda idarəyə məxsus "Uaz" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yanğından yaxınlıqdakı avtomobillər mühafizə olunmuşdur. Yanğın saat 08:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyun 2014-cü il saat 08:30-dək:

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 24 kv.m sahədə və yaxınlıqda olan ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyü 15 kv.m sahədə yanmışdır. Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

Hacıqabul rayonu, Atbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və mətbəxdə soyuducu yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Bakı-Qazax yolunun 375-ci kilometirliyində "Vaz" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 06:33-də başa çatmışdır.

Geri

16 iyun 2014-cü il saat 06:20-dək:

Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan ümumi sahəsi 200 kv.m olan köməkçi tikilinin taxta konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.