Geri

15 iyun 2014-cü il saat 21:10-dək:

Şəki rayonu, Aşağı Küngüt kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus "Qaz" markalı minik avtomobilinin yanar hissələri və salonuna yığılmış 600 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonu, Aşağı Tala kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 19:40-da başa çatmışdır.

Geri

15 iyun 2014-cü il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda azyaşlı uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə binanın damından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış azyaşlı uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:52-də başa çatmışdır.

Geri

15 iyun 2014-cü il saat 19:15-dək:

Quba rayonu, Nərimanabad kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə və talvarın altına yığılmış 500 kq ot bağlamasının 300 kq yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 6 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 9 kv.m, mətbəx əşyaları və aynabəndin tavanı 21 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 iyun 2014-cü il saat 10:30-dək:

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və çardağı 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 iyun 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Aşağı Küncüt kəndində (rayon mərkəzindən 25 km aralı) "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, bir nəfər avtomobilin içərisində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən vətəndaşı xilas edarək aidiyyəti üzrə təhfil vermişlər. Əməliyyat saat 08:15-də başa çatmışdır.

Geri

15 iyun 2014-cü il saat 04:00-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan ərzaq mağazasının anbar otağında 6 kv.m sahədə ərzaq malları və anbarın tavanı 3 kv.m sahədə yanmışdır. Anbarın və mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.