Geri

01 iyun 2014-cü il saat 21:15-dək:

Füzuli rayonu, Aşağı Veysəlli kəndində vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda "SAVALAN MEBEL " ASC-nin ərazisində sahəsi 1000 kv.m olan taxta sexinin pəncərə çərçivəsi və ətrafda olan taxta yonqarı 5 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2014-cü il saat 12:30-dək:

Neftçala rayonu, Həsənabad qəsəbəsində vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 350 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;               

Abşeron rayonu, Xırdalan şəhərində  sahibi məlum olmayan ümumi sahəsi 25 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanmışdır. Yaxınlıqdan keçən dəmir yol xətti yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 iyun 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:16-da başa çatmışdır.

Geri

01 iyun 2014-cü il saat 02:00-dək:

Lerik rayonu, Mastail kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus "Uaz" markalı mikroavtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.