Geri

31 may 2014-cü il saat 14:00-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2014-cü il saat 13:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və yaxınlıqda 100 kv.m sahədə məişət tullantıları yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2014-cü il saat 12:30-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus bir-birinə bitişik tikilmiş hər birinin sahəsi 4 kv.m olan paltar və ərzaq malları mağazalarının alkopan üzlükləri, tavan hissəsi 8 kv.m sahədə və içərisindəki mallar qismən yanmışdır. Mağazalarda olan malların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində vətəndaşa məxsus "Oka" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşmışdır. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş və avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri almışdır. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 08:53-də başa çatmışdır.

Geri

31 may 2014-cü il saat 03:40-dək:

Salyan rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 17-ci kilometrliyində vətəndaşa məxsus “Audi” markalı minik avtomobili yolayrıcı səddə çırpılmışdır. Nəticədə ağır deformasiyaya uğramış avtomobildə sürücü aldığı bədən xəsarətlərindən hadisə  yerində  keçinmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1985-ci il təvəllüdlü  Nəcəfov Emin Şakir oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 01:12-də başa çatmışdır.