Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və yaxınlıqda 100 kv.m sahədə məişət tullantıları yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus bir-birinə bitişik tikilmiş hər birinin sahəsi 4 kv.m olan paltar və ərzaq malları mağazalarının alkopan üzlükləri, tavan hissəsi 8 kv.m sahədə və içərisindəki mallar qismən yanmışdır. Mağazalarda olan malların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində vətəndaşa məxsus "Oka" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşmışdır. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş və avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri almışdır. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 08:53-də başa çatmışdır.
Salyan rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 17-ci kilometrliyində vətəndaşa məxsus “Audi” markalı minik avtomobili yolayrıcı səddə çırpılmışdır. Nəticədə ağır deformasiyaya uğramış avtomobildə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində keçinmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1985-ci il təvəllüdlü Nəcəfov Emin Şakir oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 01:12-də başa çatmışdır.