Geri

31 may 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində vətəndaşa məxsus "Oka" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşmışdır. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş və avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri almışdır. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 08:53-də başa çatmışdır.

Geri

31 may 2014-cü il saat 03:40-dək:

Salyan rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 may 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 17-ci kilometrliyində vətəndaşa məxsus “Audi” markalı minik avtomobili yolayrıcı səddə çırpılmışdır. Nəticədə ağır deformasiyaya uğramış avtomobildə sürücü aldığı bədən xəsarətlərindən hadisə  yerində  keçinmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1985-ci il təvəllüdlü  Nəcəfov Emin Şakir oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 01:12-də başa çatmışdır.