Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda Bakı-Qazax yolunun 281-ci kilometrliyində “Ford” markalı mikroavtobus idarəetməni itirərək “Shacman” markalı yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Ford” markalı avtomobildə xəsarət alan 7 nəfəri və kimliyi məlum olmayan 2 nəfərin cəsədini xilasedicilər çatana kimi vətəndaşlar xəstəxanaya aparmışlar. Xəsarət almış sürücünün və 1 nəfər kimliyi məlum olmayan şəxsin cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan sürücünü və kimliy məlum olmayan şəxsin cəsədini avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 12:17-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Salyan rayonu, Qırx Çıraq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda vətandaşa məxsus "OPTİKA" eynək mağazasında 1 ədəd "SAMSUNQ" markalı kondinsioner yanmışdır. Mağaza yanğından mühafizə olunmur. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri Mingəçevir su anbarında (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 700 m sağa, nəzarət olunamayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 13:00-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı-Quba yolunun 132-ci killometrində Şabran rayonu ərazisində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin və digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Nəticədə "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adıgözəl oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:22-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1971-сi il təvəllüdlü Ilham Muhama oğlu Qudavasov Alazan çayının Samux rayonundan keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 180 km aralı, nəzarət olunmayan ərazidə) batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. İ. Qudavasovun cəsədi batdığı yerdən, təxminən, 12 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:20-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba şəhərində mənzildə bağlı qapı arxasında 4 azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:40-da başa çatmışdır.
Yevlax şəhərində hər mərtəbəsi 170 kv.m olan ikimərtəbəli inzibati binasının dam örtüyünün yanar konstruksiyaları və pəncərələri 170 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş yıxılmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:23-də başa çatmışdır.