Geri

03 may 2014-cü il saat 21:00-dək:

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının döşəməsi 10 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxində 1 ədəd masa və 3 kv.m sahədə döşəmə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enerək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:35-də başa çatmışdır.

Geri

03 may 2014-cü il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1946-cı il təvəllüdlü qadın evdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən xəstə vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 16:19-də başa çatmışdır.
Geri

03 may 2014-cü il saat 17:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda yolun kənarında bir-birinə yaxın məsafədə dayanmış vətəndaşlara məxsus "Kamaz" və "Scnia" markalı yük avtomobillərinin kabinə hissələri, digər "Kamaz" markalı yük avtomobilinin arxa hissəsinin plastik üzlüyü 3 kv.m sahədə yanmışdır. Avtomobillərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

03 may 2014-cü il saat 12:30-dək:

Qobustan rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonunun yanar hissələri yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

03 may 2014-cü il saat 11:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 20 kv.m olan hamamın taxtadan ibarət üzlüyü 4 kv.m sahədə yanmışdır. Hamamın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

03 may 2014-cü il saat 00:10-dək:

Ağdaş rayonu, Qəsil kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "KİA" markalı mink avtomobili yol kənarındakı dəmir köşkə çırpılmışdır. Qəza nəticəsində avtomobilin mühərrik hissəsi yanmışdır. Avtomobilin sahibi müxtəlif bədən xəsərətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.