Geri

29 may 2014-cü il saat 15:30-dək:

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyası 60 kv.m, otaqların yanar konstruksiyalrı 30 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 may 2014-cü il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Yevlax-Bərdə yolunda “SHACMAN” və “İSUZİ” markalı iki yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, “SHACMAN” markalı minik avtomobilində olan 1 nəfər sərnişin deformasiyaya uğramış avtomobilin içində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 12:20-də başa çatmışdır.

Geri

29 may 2014-cü il saat 05:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 190 kv.m sahədə yanmışdır. Mətbəx yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda 1980-cı il təvəllüdlü Samir Ələhməd oğlu Əliyevə məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilmişdir. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Cəlilabad şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.