Geri

27 may 2014-cü il saat 22:30-dək:

Ağcabədi rayonu, Çıraqlı kəndində vətəndaşa məxsus qamışdan ibarət ümumi sahəsi 160 kv.m olan tövlənin yanar konstruksiyaları 100 kv.m və dama yığılmış 9 ton ot bağlamasından 8 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından  enərək eyvanına daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:14-də başa çatmışdır.

Geri

27 may 2014-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Sumqayıt magistral avtomobil yolunun 29-cu kilometrliyində döyüş sursatları aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bunlar 130 ədəd RQ-16 mərmisinin buraxılış  qurğusu, 1 ədəd 122 mm və 1 ədəd 80 mm çaplı top mərmisidir. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilmiş digər partlayış təhlükəli silah və sursat aşkar edilməmişdir. Əməliyyat saat 18:32-də başa çatmışdır. 

Geri

27 may 2014-cü il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:57-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1996-cı il təvəllüdlü 1 nəfər Mingəçevir su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən təxminən 700 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin Mingəçevir sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:15-də başa çatmışdır.

Geri

27 may 2014-cü il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1940-cı il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanına qalxaraq daxil olmuşlar. Bununla da, vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 17:13-də başa çatmışdır.

Geri

27 may 2014-cü il saat 17:00-dək:

Samux şəhərində hal-hazirda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan avtomobil təmiri sexində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 may 2014-cü il saat 11:50-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Privolnoye kəndində  Su anbarında batan 1998-ci il təvəllüdlü Ağayev Zakir Xeybər oğlunun axtarışları başa çatdırılmışdır. Qeyd olunan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:18-də başa çatmışdır.

Geri

27 may 2014-cü il saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Privolnoye kəndində Su anbarında 1 nəfərin batdığı ehtimal olunur. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Cənub dalğıc-xilasediciləri cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

27 may 2014-cü il saat 09:00-dək:

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tiklinin dam örtüyünün yanar konstruksiyası və içərsindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 may 2014-cü il saat 08:00-dək:

Xaçmaz rayonu, Niyazabad kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin tavanı 45 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 may 2014-cü il saat 04:00-dək:

Masallı rayonu, Böyük Xocavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan  mağazanın taxta konstruksiyaları, tavanı 20 kv.m sahədə, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd qapı və "Uğur" markalı soyuducusu yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 may 2014-cü il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:29-da başa çatmışdır.