Geri

02 may 2014-cü il saat 22:45-dək:

Göyçay rayonu, Üngütlü kəndində (rayon mərkəzindən 8 km aralı) gücü 110 kVt olan   transformatorun elektrik açarı yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan satış atelyesində stol yanmışdır. Atelye yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birotaqlı evin taxta üzlüyü və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 may 2014-cü il saat 20:00-dək:

İmişli rayonu, Xəlifəli  kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu Bakı-Şamaxı avtomobil yolunun 86-cı kilometrliyində “Prado” markalı minik avtomobilinin “Hundai” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış “Hundai” markalı minik avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:27-də başa çatmışdır.

Geri

02 may 2014-cü il saat 17:30-dək:

Şirvan şəhərində vətəndaşa məxsus "VAZ" markalı mink avtomobilin yanar hissələri yanmışdır. Yanğın zamanı sürücü yanıq xəsərəti alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım xidməti tərəfindən aparılmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 may 2014-cü il saat 17:00-dək:

Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Mingəcevir su anbarının Baş Şirvan su kanalı ərazisində mühafizə xidməti apararkən su kanalının üzərindəki körpüdən 1 nəfərin özünü suya ataraq intihar etmək niyyətində olduğunu müşahidə etmişlər. Xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını almışlar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilmişlər. Xilasetmə əməliyyatı saat 14:28-də başa çatmışdır.
Geri

02 may 2014-cü il saat 15:30-dək:

Xızı rayonu,Tıxlı kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 300 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 12:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 may 2014-cü il saat 11:45-dək:

Gəncə şəhəri, Nizami rayonunda hər mərtəbəsi 1200 kv.m olan dördmərtəbəli Gəncə Qənnadı Fabrikinin 3-cü mərtəbəsində 4 otağın yanar konstruksiyaları 178 kv.m sahədə və əşyaları qismən yanmışdır. Binanın qalan hissısi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 may 2014-cü il saat 10:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan 4 mərtəbəli Gəncə qənnadı fabrikinin inzibati binasının 3 cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Geri

02 may 2014-cü il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:00-da başa çatmışdır.
Geri

02 may 2014-cü il saat 09:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.