Xızı rayonu,Tıxlı kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 300 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Gəncə şəhəri, Nizami rayonunda hər mərtəbəsi 1200 kv.m olan dördmərtəbəli Gəncə Qənnadı Fabrikinin 3-cü mərtəbəsində 4 otağın yanar konstruksiyaları 178 kv.m sahədə və əşyaları qismən yanmışdır. Binanın qalan hissısi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan 4 mərtəbəli Gəncə qənnadı fabrikinin inzibati binasının 3 cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.