Geri

02 may 2014-cü il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:00-da başa çatmışdır.
Geri

02 may 2014-cü il saat 09:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.