Geri

18 may 2014-cü il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında Türkiyə vətəndaşı 1967-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbədəki mənzilin qapısını bayır tərəfdən açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən Ahmed Eser oğlu hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Eser oğlunun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:16-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda məişət tullantıları olan yeşikdə silah sursata oxşar bağlama aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə   ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etmiş və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatı keçirmişlər. Ərazidə heç bir şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 14:10-da başa çatmışdır.

Geri

18 may 2014-cü il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanmışdır. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 12:15-də başa çatmışdır.

Geri

18 may 2014-cü il saat 08:30-dək:

Lənkəran şəhərində ümumi sahəsi 6 kv.m olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün tavan hissəsi və içərisindəki əşyalar yanmışdır. Zibilxana ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 may 2014-cü il saat 03:50-dək:

Zaqatala rayonu, Birinci Tala kəndində (rayon mərkəzindən 4 km aralı) gücü 400 kVt olan transformatorun yağ çəni yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy şəhərində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin 2 ədəd arxa təkəri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühahizə olunmuşdur. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “MG” və “BMW” markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə, hər iki avtomobil ağır deformasiyaya uğramış, “MG” markalı minik avtomobilində isə 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:21-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:44-də başa çatmışdır.