Geri

17 may 2014-cü il saat 21:45-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 130 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və ona bitişik olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 500 kv.m olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış karton və plasmasdan ibarət şpullar 200 kv.m sahədə yanmışdır. Talvarın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Əlicanlı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 85 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 may 2014-cü il saat 18:45-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan taxta konstruksiyadan ibarət talvar 3 kv.m sahədə yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Bədəlli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Köməkçi tikili və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin banına yığılmış 6 ton ot bağlasının 2 tonu yanmışdır. Avtomobil və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkci tikilinin qamışdam ibarət dam örtüyü və tikilinin ətrafında 1000 kv.m sahədə quru ot yanmışdır. Yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 may 2014-cü il saat 14:15-dək:

Sabirabad rayonu, Axtaçı Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü, 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 may 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan taxta sexinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisində olan 6 ədəd dəzgah yanmışdır. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan dəmir köşkün dam örtüyünün yanar konstruksiyaları və 1 ədəd kondisioner yanmışdır. Köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.