Geri

17 may 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan taxta sexinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisində olan 6 ədəd dəzgah yanmışdır. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan dəmir köşkün dam örtüyünün yanar konstruksiyaları və 1 ədəd kondisioner yanmışdır. Köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.