Geri

16 may 2014-cü il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində köməyə ehtiyac olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1985-ci il təvəllüdlü Natiq Camal oğlu Əkbərov “JAC” markalı yük avtomobili ilə dəmir qapı arasında sıxılmış vəziyyətdə qalaraq ölmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:00-da başa çatmışdır.

Geri

16 may 2014-cü il saat 20:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 may 2014-cü il saat 19:00-dək:

Ağdam rayonu, Xındırıstan kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin 4 otağının yanar konstruksiyaları 146 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 may 2014-cü il saat 17:00-dək:

Füzuli rayonu, Şükürbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 may 2014-cü il saat 15:45-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 may 2014-cü il saat 14:45-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köşkün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 may 2014-cü il saat 14:15-dək:

Balakən şəhərində ümumi sahəsi 1100 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 160 kv.m və ətrafında 250 kv.m sahədə kol-kos yanmışdır. Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 may 2014-cü il saat 13:45-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.