Geri

15 may 2014-cü il saat 23:00-dək:

Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 24 ton ot bağlamasının 12 tonu yanmışdır. Yanğın zamanı tövlədən 9 baş iribuynuzlu heyvan xilas edilmişdir. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində "Proqress-1" mmc-yə məxsus ümumi sahəsi 1200 kv.m olan mebel istehsalı sexinin ofis otağında tavan və dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 may 2014-cü il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından  eyvanına enərək daxil olmuş və giriş qapısını açmışlar. Bununla da, vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 21:52-də başa çatmışdır.

Geri

15 may 2014-cü il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılmışdır. Əlavə məlumat veriləcək.

Geri

15 may 2014-cü il saat 17:00-dək:

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "Qaz" markalı yük avtomobilinin banının taxta konstruksiyaları 6 kv.m sahədə və banına yığılmış 3 ton ot bağlamasının 1.5 tonu yanmışdır. Yük avtomobilinin və ot bağlamasının qalan hissəsi yanğından  mühafizə olunmuşdur. Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus bağ sahəsinə yığılmış tikinti materialları 10 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 may 2014-cü il saat 08:30-dək:

Yevlax rayonunda kommunal Təsərrufat Birliyinə məxsus məişət tullantılarını daşıyan "KAMAZ" markalı yük avtomobilinin banında 3 kv.m sahədə məişət tullantıları yanmışdır. Avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 may 2014-cü il saat 04:40-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda  (“Bakı-Mərkəz” sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər sərxoş halda dənizə düşmüşdür. Hadisə yerinə cəlb olunmuş dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:00-da başa çatmışdır; 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə lifti 5-ci mərtəbəyə qaldırmış qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:02-də başa çatmışdır.