Geri

15 may 2014-cü il saat 08:30-dək:

Yevlax rayonunda kommunal Təsərrufat Birliyinə məxsus məişət tullantılarını daşıyan "KAMAZ" markalı yük avtomobilinin banında 3 kv.m sahədə məişət tullantıları yanmışdır. Avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 may 2014-cü il saat 04:40-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda  (“Bakı-Mərkəz” sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər sərxoş halda dənizə düşmüşdür. Hadisə yerinə cəlb olunmuş dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:00-da başa çatmışdır; 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə lifti 5-ci mərtəbəyə qaldırmış qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:02-də başa çatmışdır.