Geri

14 may 2014-cü il saat 23:50-dək:

Goranboy rayonu, Borsunlu kəndində vətəndaşa məxsus "OPEL VECTRA" markalı minik avtomobilinin yanar hissəsləri yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv. m olan 2 otaqlı mənzildə 5 kv. m sahədə məişət tullantıları yanmışdır. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1941-ci il təv. Akimova Aleksandra Nikoloyevnanın meyidi aşkar olunaraq mənzildən çıxarılıb aidiyyatı üzrə təhvil verilmiş, ev sahibinin qızı isə müxtəlif xəsarətlərlə xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir.  Yanğın zamanı 7 nəfər bina sakini təxliyə edilmişdir. Yanğndan mənzil mühafizə olunmuşdur. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri,Xətai rayonunda vətəndaşa məxsus "MERCEDES” markalı minik avtomobilinn mühərrik hissəsi yanmışdır. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 may 2014-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:14-də başa çatmışdır.

Geri

14 may 2014-cü il saat 20:10-dək:

Sabirabad rayonu, Bulaqlı kəndində vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonunda vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m. olan bir mərtəbəli 5 otaqlı evin bir otağının döşəməsi 1 kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Naftalan rayonu,Qasımbəyli kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv. m. sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə enərək binanın 9-cu mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:18-də başa çatmışdır.

Geri

14 may 2014-cü il saat 19:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda məişət tullantıları olan yeşikdə silah sursata oxşar bağlama aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə   ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etmiş və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatı keçirmişlər. Ərazidə heç bir şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 18:38-də başa çatmışdır.

Geri

14 may 2014-cü il saat 17:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə binanın damından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:32-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə enərək binanın 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:39-da başa çatmışdır.

Geri

14 may 2014-cü il saat 15:10-dək:

Suraxanı rayonu, Hövsan qəsəbəsidə istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fantan armaturasında neft-qaz fontanı baş vermişdir. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kv. m. sahədə ətrafa yayılmışdır. Quyunun yaxınlığında olan  qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 may 2014-cü il saat 14:10-dək:

Qaradağ rayonu,Ələt qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın və digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan qarajın qırdan ibarət dam örtükləri və içərisində olan əşyalar 60 kv.m sahədə yanmışdır. Bitişik olan qarajlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Zərdab rayonu,Zərdab-Ucar yolunun 1-ci kilometrində vətəndaşa məxsus "OKA" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğndan mühafizə olunmuşdur. Yanğın saat 09:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 may 2014-cü il saat 13:25-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:25-də başa çatmışdır.
Geri

14 may 2014-cü il saat 07:30-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi və 2 ədəd yataq dəsti 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 244 kv.m olan kürsülü ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 122 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Səlyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m.olan ikimərtəbəli 8 otaqlı evin qamışdan ibarət tavanı yanmışdır. Evə bitişik ümumi sahəsi 140 kv.m. olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü müxtəlif bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla vətəndaşı çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil verilmişdir. Əməliyyat saat 03:25-də başa çatmışdır;

Kürdəmir şəhərində "SHACMAN" markalı yük avtomobilinin salonu, mühərriki və qabaq təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.