Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə binanın damından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:32-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə enərək binanın 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:39-da başa çatmışdır.
Suraxanı rayonu, Hövsan qəsəbəsidə istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fantan armaturasında neft-qaz fontanı baş vermişdir. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kv. m. sahədə ətrafa yayılmışdır. Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qaradağ rayonu,Ələt qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın və digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan qarajın qırdan ibarət dam örtükləri və içərisində olan əşyalar 60 kv.m sahədə yanmışdır. Bitişik olan qarajlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Zərdab rayonu,Zərdab-Ucar yolunun 1-ci kilometrində vətəndaşa məxsus "OKA" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğndan mühafizə olunmuşdur. Yanğın saat 09:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi və 2 ədəd yataq dəsti 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 244 kv.m olan kürsülü ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 122 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Səlyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m.olan ikimərtəbəli 8 otaqlı evin qamışdan ibarət tavanı yanmışdır. Evə bitişik ümumi sahəsi 140 kv.m. olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü müxtəlif bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla vətəndaşı çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil verilmişdir. Əməliyyat saat 03:25-də başa çatmışdır;
Kürdəmir şəhərində "SHACMAN" markalı yük avtomobilinin salonu, mühərriki və qabaq təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.