Geri

01 may 2014-cü il saat 13:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 7 otaqlı evin 5 otağının yanar konstruksiyaları və dam örtüyü 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 may 2014-cü il saat 12:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına  təhlükəsizlik qaydalarına riayət etməklə qalxaraq içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:55-də başa çatmışdır.
Geri

01 may 2014-cü il saat 08:15-dək:

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 25 kv.m olan taxtadan ibarət tikilinin dam örtüyü 5 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 may 2014-cü il saat 00:15-dək:

Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanı və dam örtüyü 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.