Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 may 2014-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda Bakı-Qazax yolunun 281-ci kilometrliyində “Ford” markalı mikroavtobus idarəetməni itirərək “Shacman” markalı yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

30 may 2014-cü il saat 14:00-dək:

Salyan rayonu, Qırx Çıraq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

30 may 2014-cü il saat 13:40-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri Mingəçevir su anbarında (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 700 m sağa, nəzarət olunamayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur....

30 may 2014-cü il saat 13:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı-Quba yolunun 132-ci killometrində Şabran rayonu ərazisində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin və digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Nəticədə...

30 may 2014-cü il saat 12:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1971-сi il təvəllüdlü  Ilham Muhama oğlu Qudavasov Alazan çayının Samux rayonundan keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 180 km aralı, nəzarət olunmayan ərazidə) batmışdır.

30 may 2014-cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba şəhərində mənzildə bağlı qapı arxasında 4 azyaşlı köməksiz vəziyyətdə qalmışdır.

30 may 2014-cü il saat 03:30-dək:

Yevlax şəhərində hər mərtəbəsi 170 kv.m olan ikimərtəbəli inzibati binasının dam örtüyünün yanar konstruksiyaları və pəncərələri 170 kv.m sahədə yanmışdır. 

30 may 2014-cü il saat 02:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

30 may 2014-cü il saat 01:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışlar.

29 may 2014-cü il saat 22:00-dək:

Cəlilabad rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan talvarın altına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr